UEFA Avropa Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu mərhələdə AL-in qrupuna vəsiqə uğrunda mübarizə aparacaq 12 komanda müəyyənləşəcək.
Məğlublar isə Konfrans Liqasının qrupunda yarışacaqlar. Türkiyə nəhəngi “Beşiktaş” pley-offda İsveçrənin “Luqano” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.
UEFA Avropa Liqası Pley-off mərhələsi
“Dinamo” (Minsk, Belarus) - “Anderlext” (Belçika) “Yagelloniya” (Polşa) – “Ayaks” (Niderland) “Ludoqorets” (Bolqarıstan) – “Petrokub” (Moldova) “Luqano” (İsveçrə) - “Beşiktaş” (Türkiyə) LASK (Avstriya) – "Styaua" (Rumıniya) RFŞ (Latviya) – APOEL (Kipr) “Makkabi” (Təl-Əviv, İsrail) - “Baçka Topola” (Serbiya) PAOK (Yunanıstan) – “Şemrok Rovers” (İrlandiya) “Ferensvaroş” (Macarıstan) – “Borats” (Bosniya və Herseqovina) “Molde” (Norveç) – “Elfsborq” (İsveç) “Braqa” (Portuqaliya) – “Rapid” (Vyana, Avstriya) “Viktoriya” (Plzen, Çexiya) - “Harts” (Şotlandiya)