AÇ: Güləşçilərimiz startdaca uduzdu

AÇ: Güləşçilərimiz startdaca uduzdu

Tiranada (Albaniya) güləş üzrə yeniyetmələr arasında (U-17) Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın dördüncü günündə daha beş çəkidə qız güləşçilər xalça üzərində mübarizə aparırlar. 

Azərbaycanı turnirdə Esra Məmmədli (46 kq), Gülər ​​Həbibova (53 kq) və Günay Qurbanova (61 kq) təmsil edib. Onların hamısı ilk görüşlərində uduzaraq yarışla vidalaşıb.

Axşam saatlarında Ruzanna Məmmədova (57 kq) final görüşünə çıxacaq.

Qeyd edək ki, ilk üç gündə mübarizə aparan Azərbaycanın yunan-Roma güləşi millisi yarışı bir qızıl və beş bürünc mükafatla başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər