Afrikadan DÇ-2018-ə daha bir yığma gedir

Afrikadan DÇ-2018-ə daha bir yığma gedir

DÇ-2018-də sözünü deməyə çalışacaq daha bir yığma bəllidi.

 

Fanat.Az xəbər verir ki, CAR-ı səfərdə 2:0 hesabıyla üstələyən Seneqal da Rusiyaya vəsiqəni təmin edib. Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda yer alan seneqallılar sona 1 tur qalmış istəyinə çatıb.

 

Beləliklə, mundiala yollanacaq ölkələrin sayı 24 olub. Daha öncə təşkilatçı Rusiyanın, Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama millilərinin DÇ-də top qovacağı dəqiqləşmişdi.

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər