Afrikada 2022-ci ilin simvolik komandası açıqlandı

Afrikada 2022-ci ilin simvolik komandası açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Afrikada 2022-ci ilin simvolik komandasını açıqlayıb.

Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, 4-3-3 sisteminə uyğun tərtib olunmuş rəmzi komanda bu futbolçular daxil edilib:

Qapıçı: Yassin Bunu (Mərakeş);

Müdafiəçilər: Əşrəf Hakimi, Romain Saiss (hər ikisi Mərakeş), Xalidu Kulibali (Seneqal), Ali Malul (Tunis);

Yarımmüdafiəçi: Sofyan Amrabat, Azzedin Unahi (hər ikisi Mərakeş), Məhəmməd Kudus (Qana);

Hücumçular: Məhəmməd Salah (Misir), Vensan Abubakar (Kamerun), Sadio Mane (Seneqal).  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər