AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov beynəlxalq təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya – Uels oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının IV qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.

Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər