AFFA cəzalar yağdırdı

AFFA cəzalar yağdırdı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.Az yığıncaqda qəbul edilən qərarları təqdm edir:

I Divizionun IX turunun “Qaradağ Lökbatan” – “Zirə-2” oyununda polis əməkdaşı oyun öncəsi iclasda iştirak etmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur (maddə 62.1);

Oyun xərəkdaşıyanlarla vaxtında təmin olunmadığı üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunur (maddə 64.1);

“Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Zirə-2” 80 manat cərimə olunur (maddə 39);

IX turun “Neftçi-2” – “Kəpəz-2” oyununda təcili tibbi  yardım maşını stadiona gecikdiyi üçün “Neftçi-2” komandası 160 manat cərimə olunur (maddə 59.4);

“Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz-2” 80 manat cərimə olunur (maddə 39);

“Kəpəz-2” komandasının baş məşqçisi Xaliq Mərdanov texniki zonanı tərk edib hakimin qərarına etiraz etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun kənarlaşdırılır və “Kəpəz-2” 80 manat cərimə olunur (maddə 47.3);

IX turun “Qarabağ-2” – “İmişli” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “İmişli” klubu 80 manat cərimə olunur (maddə 39);

“İmişli”  klubunun futbolçusu Nicat Fərəcli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, “İmişli” klubu 320 manat cərimə olunur (maddə 41.3);

IX turun “MOİK” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının nümayəndəsi iclasa gecikdiyi üçün komanda 40 manat cərimə olunur (maddə 62.2);

Təcili tibbi yardım maşını gecikdiyi üçün “MOİK”  klubu 160 manat cərimə olunur (maddə 59.4);

“MOİK” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

IX turun “Zaqatala” – “Şamaxı-2” oyununda polis nümayəndəsi xidməti iclasa gecikdiyi üçün “Zaqatala” klubu 40 manat cərimə olunur (maddə 62.2);

Təcili tibbi yardım maşını gecikdiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunur (maddə 59.4);

Oyunda azarkeşlər tərəfindən stadiona kənar əşya atıldığı üçün “Zaqatala” klubu 160 manat cərimə olunur (maddə 51.1);

 “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Şamaxı-2” 80 manat cərimə olunur (maddə 39).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər