Acun İlıcalı “Hull City”nin yeni sahibi oldu - RƏSMİ

Acun İlıcalı “Hull City”nin yeni sahibi oldu - RƏSMİ

Türkiyənin tanınmış prodüseri və aparıcısı Acun İlicalı İngiltərənin köklü klublarından olan “Hall City”ni aldığını rəsmən açıqlayıb.

Fanat.Az "Haber Global"a istinadən xəbər verir ki, o, bu barədə canlı yayımda bəyan edib: “İngiltərə çempionatında çıxış edən “Hull City” komandasını aldım. Buradakı bütün azarkeşlərimizə və tamaşaçılarımıza səslənirik. “Hull City”nin “Instagram” hesabını izləməyinizi istəyirik”.

Qeyd edək ki, İlıcalının canlı yayımda müraciətindən sonra klubun “Instagram”dakı izləyicilərinin sayı 291 mindən 411 minə yüksəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər