ABŞ-da keçirilən futbol üzrə Amerika kubokunda təşkilatçılar ciddi səhvə yol veriblər.
Fanat.az xəbər verir ki, Meksika – Uruqvay qarşılaşmasından əvvəl cənubi amerikalı futbolçular üçün Çilinin himni səsləndirilib. Uruqvaylı futbolçular anlaşılmazılığı dərhal hiss etsələr də, hörmət əlaməti olaraq, başqa ölkənin himnini sonadək dinləyiblər. Təşkilatçılar bu səhvə görə üzr istəyib və yarış boyu bir daha belə halın təkrarlanmayacağına söz veriblər.
Kaliforniya ştatının Qlendeyl şəhərində keçirilən oyun Meksikanın 3:1 hesablı qələbəsiylə başa çatıb.
Fanat.az