Ağamirova Dünya Kubokunda 15-ci oldu

Ağamirova Dünya Kubokunda 15-ci oldu

Sofiyada (Bolqarıstan) bədii gimnastika üzrə Dünya Kuboku davam edir.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının lideri Zöhrə Ağamirova çoxnövçülükdə 15-ci yeri tutub. O, ümumilikdə 115.000 bal toplayıb. Onun komanda yoldaşı Alina Gözəlova 32-ci olub (104.000).

Çoxnövçülükdə baş mükafatı Stiliana Nikolova (Bolqarıstan), gümüşü Sofiya Rafaelli (İtaliya), bürünc medalı isə Taxmina İkromova (Özbəkistan) qazanıb.

Qeyd edək ki, Ağamirova bir gün əvvəl halqa ilə hərəkətlərdə finala yüksəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər