AÇ: Şahmatçımız liderdir

AÇ: Şahmatçımız liderdir

Şahmatçıların müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışda 7 tur arxada qalıb. Təmsilçilərimizdən ən yaxşı göstərici 18 yaşlı şahmatçılar arasında mübarizə aparan Uğur İlyaslıdadır. O, 6,5 xalla turnir cədvəlində vahid liderdir.

16 yaşlı zəkalar arasında Şiroğlan Talıbov 5,5 xalla 2-cidir.  Həmçinin 18 yaşlı qızların turnirində Mələk İsmayıl və 16 yaşlılarda Ayan Allahverdiyeva 5,5 xal toplayaraq 2-ci sırada yer alıblar. Eyni sayda xala malik Səadət Bəşirli (10 yaş) 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa oktyabrın 21-də yekun vurulacaq.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər