AÇ: Qafarlı bu dəfə üçüncü hakim olacaq

AÇ: Qafarlı bu dəfə üçüncü hakim olacaq

19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alan Hikmət Qafarlı Fransa – Portuqaliya matçında birinci hakim olmuşdu.

Fanat.Az xəbər verir ki, azərbaycanlı referinin idarə etdiyi görüş portuqalların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

FİFA referisi sabahkı Ukrayna – Finlandiya görüşündə isə 3-cü hakim funksiyasını yerinə yetirəcək. Julien Lanq (Fransa) birinci, Ruben Antonio Kardoso Santos isə ikinci hakim olacaq. Hakim-inspektor kimi ispan Pedro Angel Qalan Nieto təyinat alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər