AÇ: Qadın güləşçilərin ilk rəqibləri müəyyənləşdi

AÇ: Qadın güləşçilərin ilk rəqibləri müəyyənləşdi

Rumıniyanın Buxarest şəhərində U-23 Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, sabah qadın güləşçilər mübarizəyə qoşulacaq.

Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələri belədir:

50 kq Təsnifat mərhələsi Şəhanə Nəzərova - Mariya Leorda (Moldova)

53 kq 1/4 final Gültəkin Şirinova - Mariya Ferone (İtaliya)

55 kq Təsnifat mərhələsi Elnurə Məmmədova - Angelika Mitkovska (Polşa)

57 kq Təsnifat mərhələsi Jalə Əliyeva - Aleksandr Xomenets (Ukrayna)

65 kq Təsnifat mərhələsi Birgül Soltanova - Gergana Stoyanova (Bolqarıstan)

68 kq Təsnifat mərhələsi Nigar Mirzəzadə - Suzanna Molnar (Slovakiya)

Qeyd edək ki, sabah Şəhanə, Elnurə və Nigar mübarizəyə start verəcək. Digər qadın güləşçilərimiz isə növbəti gün xalçaya çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər