AÇ: Üç şahmatçımız liderdir

AÇ: Üç şahmatçımız liderdir

Şahmatçıların müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, altı turdan sonra üç təmsilçimiz turnir cədvəlində liderdir.

18 yaşlı şahmatçıların yarışında Uğur İlyaslı, 16 yaşlı qızların mübarizəsində Ayan Allahverdiyeva, 10 yaşlılarda isə Səadət Bəşirli 5,5 xalla birinci pillədə qərarlaşıblar.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa oktyabrın 21-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər