AÇ: Boksçumuz ermənini udub yarımfinala yüksəldi

AÇ: Boksçumuz ermənini udub yarımfinala yüksəldi

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir.

Fanat.Az xəbər verir ki, yarışın 6-cı günündə 1/4 final mərhələsi çərçivəsində rinqə çıxan Azərbaycan millisinin daha bir üzvü döyüşünü qələbə ilə başa vurub. 

İlk qarşılaşmasında irlandiyalı Patrik Makkennaya qalib gələn Amin Məmmədzadə bu dəfə gücünü ermənistanlı Aren Aslamazyana göstərib. 51 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz hər 3 raundda rəqibindən üstün olub. Erməni idmançını 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən Məmmədzadə adını yarımfinala yazdırıb.

O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən ikinci boksçumuz olub. Amindən öncə Kənan Babayev (48 kq) Avropa birinciliyində 1/4 final döyüşünü qələbə ilə bitirdiyindən Sofiyadan mükafatla ayrılacağını rəsmiləşdirib.

AÇ: Boksçumuz ermənini udub yarımfinala yüksəldi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər