AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

Almaniyada keçiriləın AÇ-2024-ün final oyununu azərbaycanlı şərhçi birbaşa stadiondan şərh edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə turniri ölkəmizdə yayımlayan kanalın - İTV-nin əməkdaşı, telekanalın idman departamentinin rəhbəri Kənan Hakimov sosial şəbəkə hesabında paylaşım edib: 

"Sizə şad xəbərimiz var! Tural Dadaşov Berlində yerləşən, almanların futbol məbədi saydığı Olimpiya stadioununda keçiriləcək final oyununu birbaşa şərhçi kabinəsindən şərh edəcək! Mən və Elnur Əli isə oyunun başlamasına dəqiqələr qalmış meydanın kənarından (pitch side) dünyanın aparıcı telekanalları ilə bir sırada dayanaraq oyun öncəsi ən son məlumatları çatdıracağıq".

Qeyd edək ki, AÇ-2024-ün finalı iyulun 14-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər