AÇ-2024: Pley-off mərhələsinin püşkü atıldı

AÇ-2024: Pley-off mərhələsinin püşkü atıldı

UEFA AÇ-2024-ün pley-off mərhələsinin püşkatma mərasimini keçirib.

Fanat.Az xəbər verir ki, 12 komanda hər biri dörd iştirakçıdan ibarət üç yola bölünüb. 

Qeyd edək ki, qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Yekunda sonuncu üç yerin sahibi bəlli olacaq.

Yarımfinal oyunları 2024-cü il martın 21-də, finallar isə martın 26-da keçiriləcək.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

A Yolu

Polşa – Estoniya Uels - Finlandiya

Uels - Finlandiya matçının qalibi finalda ev sahibi olacaq.

B Yolu 

İsrail - İslandiya Bosniya və Herseqovina - Ukrayna

Bosniya və Herseqovina ilə Ukrayna arasında keçirilən görüşdə qalib gələn tərəf finalda ev sahibi olacaq.

C Yolu 

Gürcüstan - Lüksemburq Yunanıstan - Qazaxıstan

Həlledici görüşdə Gürcüstan - Lüksemburq matçının qalibi ev sahibi olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər