Sierra Leone çempionatında danışılmış oyunlarla bağlı şübhələr səbəbindən son turun iki oyununun nəticəsi ləğv edilib.
Fanat.Az xəbər verir ki, informasiya "BBC Sport"a məxsusdur.
Son turda "Qulf" "Kokima Livan"ı 91:1, "Kahunla Reyncers" isə "Kokima"nı 95:0 hesabı ilə məğlub edib.
Qarşılaşmaların ilk hissəsində 7:1 və 2:0 hesabı qeydə alınıb.
Matçın hakimi ikinci hissəni idarə etməkdən imtina edib və əvəzlənib.
Hər iki nəticə danışılmış oyun olması ilə bağlı şübhələrə görə ləğv edilib.
Sierra Leone Futbol Federasiyası hadisə ilə bağlı hər dörd klubun oyunçuları və nümayəndələrini, eləcə də hakimlərin şəffaflığını araşdıracağını bildirib.
"Biz dayanıb belə biabırçı vəziyyətin cəzasız qaldığını görə bilmərik", - deyə federasiya rəhbəri Tomas Daddi bildirib.
Emin