80 min tamaşaçının izlədiyi döyüşdə hakim qalmaqalı - FOTO

80 min tamaşaçının izlədiyi döyüşdə hakim qalmaqalı - FOTO
Uelsin Kardiff şəhərində keçirilən ağır çəki üzrə boks döyüşündə Antoni Coşua və Karlos Takam rinqə çıxıb. Fanat.Az xəbər verir ki, 2 ağır çəki çempionluğu olan Antoni Coşua hakimin qərarı ilə rəqibini nakaut edib. 
Bununla da o, nakaut seriyasını davam etdirib. Belə ki, Antoni Coşua peşəkar karyerası ərzində keçirdiyi 20 döyüşün hamısını nakautla qazanıb.
Ancaq hakim Phil Edvardsın bu qərarı etirazlara səbəb olub. "Principality" stadionunu dolduran 80 min tamaşaçı dayanmadan hakimə etirazını bildirib.
 
80 min tamaşaçının izlədiyi döyüşdə hakim qalmaqalı - FOTO
Döyüşdən sonra açıqlama verən Antoni Coşua "Hakimin qərarı döyüşü dayandırsaqdısa, buna əngəl ola bilmərəm. Karlos Takama hörmətlə yanaşıram. Evander Holifeldə bənzəyir" deyib.
Karlos Takam isə revanş istədiyini bildirib: "Hakim döyüşü niyə dayanlırdı, anlaya bilmədim. Coşua və Birləşmiş Krallıqdakı fanatlarına hörmət edirəm. Onların qarşısında döyüşdüyüm üçün çox xoşbəxtəm. Bu döyüşün revanşını və Coşua ilə yenidən döyüşməyi istəyirəm. O, super bir çempiondu".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər