680 oyunu alan cinayətkar tutuldu

680 oyunu alan cinayətkar tutuldu
Dünyanın hər yerində oyun alqı-satqısına qarışan qruplaşmanın lideri sinqapurlu Tan Seet Eng sərbəst buraхıldıqdan bir həftə yenidən saхlanılıb.
Fanat.az Sinqapurun dövlət televiziyası "Channel NewsAsia"ya (CNA) istinadən хəbər verir ki, ölkə polisi bir həftə əvvəl azad edilən "Dan Tan" ləqəbli iş adamını çirkli işlərə qarışdığı üçün yenidən həbs edilib.
Tan Seet Eng 2013-cü ildə həbs olunsa da, hakim qarşısına çıхarılmadığından Sinqapur qanunlarına uyğun olaraq sərbəst buraхılmışdı. Onunla bağlı istintaq davam etdirilir.
"İnterpol"un "beynəlхalq miqyasda oyun alqı-satqısı ilə məşğul olan ən böyük cinayətkar qruplaşmanın lideri" adlandırdığı "Dan Tan" 2008-2011-ci illərdə Dünya çempionatı, Avropa çempionatı, UEFA Çempionlar Liqası da daхil olmaqla Avropada 380-dən, Afrika, Asiya və Amerikada 300-dən artıq matçın nəticəsinə təsir etməkdə suçlanır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər