Dünən DÇ-2018-in seçmə mərhələsinin son matçında Kayzerslauterndə Almaniyaya 1:5 hesabıyla uduzan millimiz bu rəqiblə sayca 6-cı görüşündə 6-cı yenilgisini alıb. Fanat.Az-ın hesablamalarına görə, yığmamız üzərində bütün qələbələrini eyni çalışdırıcının - Yoahim Lövün rəhbərliyi altında qazanan Bundestim bu görüşlərdə təmsilçimizdən 6 dəfə güclü olduğunu qol sayıyla da isbatlayıb.
Belə ki, indiyədək almanlar qapımızdan ümumilikdə 24 top keçirib. Buna 4 qolla cavab verməyə gücü çatan seçməmiz Almaniyaya vurduğundan 6 dəfə çox qola üzülüb.
DÇ-2010-nun seçmə mərhələsi
12 avqust 2009. Bakı. Azərbaycan – Almaniya – 0:2
9 sentyabr 2009. Hannover. Almaniya – Azərbaycan – 4:0
AÇ-2012-nin seçmə mərhələsi
7 sentyabr 2010. Köln. Almaniya – Azərbaycan – 6:1
7 iyun 2011. Bakı. Azərbaycan – Almaniya – 1:3
DÇ-2018-in seçmə mərhələsi
26 mart 2017. Bakı. Azərbaycan – Almaniya – 1:4
8 oktyabr 2017. Kayzerslautern. DÇ. Almaniya – Azərbaycan – 5:1
Fanat.Az