50 min alman azarkeşin fantastik qələbə sevinci - VİDEO 

50 min alman azarkeşin fantastik qələbə sevinci - VİDEO 

Ötən gecə Avropa Liqasının finalında "Reyncers"i məğlub (1:1, penalti seriyası - 5:4) edərək kuboku qazanan Frankfurt "Ayntraxt"ının azarkeşləri ilə bağlı möhtəşəm videogörüntülər paylaşılıb.

Fanat.Az xəbər verir ki, Sevilyaya gedə bilməyən 50 mindən çox alman tərəfdar matçı Frankfurtdakı "Waldstadion"da quraşdırılan böyük ekranlardan izləyib.  

Azarkeşlər sanki "Ramon Sançes Pisxuan"daymış kimi, gözəl ab-hava yaradıblar.

Qeyd edək ki, "Ayntraxt" bu mövsüm Bundesliqanı 11-ci pillədə başa vursa da, Çempionlar Liqasında yarışacaq. 

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər