50-ci ev məğlubiyyəti

50-ci ev məğlubiyyəti

Topaz Premyer Liqasının XXVII turunda “Kəpəz”lə qarşılaşan AZAL öz meydanında 1:2 hesabı ilə məğlub olub. Bu yenilgi paytaxt təmsilçisinin tarixinə mənfi mənada yubiley kimi düşüb. Bakılılar ev oyunlarında 50-ci dəfə məğlub olub. Bu qarşılaşmayadək 49 dəfə öz meydanında uduzan AZAL mövsümün son ev oyununda 100-ü yarılayıb.

2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən komanda öz meydanında ümumilikdə 180 oyun keçirib. 82 qələbə və 48 heç-heçəsi olan paytaxt klubu 231 qol vurub, 160-nı buraxıb. (pfl.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər