"Fənərbaxça"nın yeni transferi Van der Vielin sevgilisi Rose Bertram müsəlman qadınlardan üzr istəyib. Fanat.az xəbər verir ki, buna səbəb onun 5 il əvvəl sosial mediada müsəlman qadınları təhqir edən sözləri yazması olub.
22 yaşlı modelin 2011-ci ildə yazdığı sözləri indi görən "Twitter" istifadəçiləri onu tənqid edib. Rose Bertram isə bundan sonra bir açıqlama verərək üzr istəyib.
"Gəncliyimdə hamımız peşman olacağımız sözlər deyirik və hərəkətlər edirik. Kimsəyə hörmətsizlik etmək və ya üzmək istəməmişəm. Ümid edirəm ki, üzürümü qəbul edərsiniz" deyə Rose Bertram yazıb.
Fanat.az