Lion "Olimpik"i Aleksandr Lakazette üçün aldığı 40 milyon avroluq təklifi rədd edib. Fanat.az xəbər verir ki, bu barədə klubun prezidenti Jean-Mişel Aulas məlumat verib.
Klub rəhbəri bildirib ki, "Vest Hem"dən Lakazette üçün alıqları 40 milyon avroluq təklifi qəbul etməyiblər: "Bir transferin baş tutması üçün 3 tərəfin də anlaşması vacibdi. Lakazette üçün gələn bir neçə təklifdən imtina etdik. Ən önəmlisi "Vest Hem"in 40 milyon avroluq təklifi idi. Mən onun komandada qalmsını istəyirəm. Amma nəyin baş verəcəyini zaman göstərəcək".
Qeyd edək ki, "Olimpik"in yetirməsi olan Lakazette cari mövsümdə 44 rəsmi oyunda 23 qol vurub.
Fanat.az