25:0 hesablı qələbə qazanan məşqçi qovuldu - Şok səbəb

25:0 hesablı qələbə qazanan məşqçi qovuldu - Şok səbəb

İspaniyanın "Serranos" klubunun rəhbərliyi gözlənilməz qərar qəbul edib. Fanat.Az xəbər verir ki, rəhbərlik klubun B komandasının 25:0 hesablı qələbə qazandığı oyundan sonra baş məşqçini qovub.

Klub rəsmilərindən Pablo Alkayde bu hesablı qələbənin centlimenliyə uyğun olmadığını deyib: "Rəqiblərimizə hörmət etməliyik. Bu hesabdan sonra baş məşqçimizin komandadan göndərilməsinə qərar verdik. Vəziyyəti düzgün dəyərləndirə bilmədi".

İstefaya göndərilən baş məşqçinin vəkilləri isə onun yetirmələrinə "ön xəttə təzyiq etməyin, yalnız meydanın özümüzə aid hissəsinə gələndə təzyiq edin" deməsinə rəğmən komandanı nəzarətdə saxlaya bilmədiyini, rəqibin sol cinahdan hücuma keçərkən arxada boşluqlar buraxdığını bildiriblər.

Qeyd edək ki, İspaniya Gənclər Liqasında keçrilən matçda "Serranos"un 25:0 hesabı ilə yendiyi "Benikalap C" komandası 30 oyunda 247 qol vurub və bir xal belə qazana bilməyərək turnir cədvəlində sonuncu pilləni tutub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər