24 yaşlı dünya çempionu dünyasını dəyişdi

24 yaşlı dünya çempionu dünyasını dəyişdi
Rusiyalı üzgüçü Aleksandr Makarov dünyasını dəyişib.
"Report" Rusiya Paralimpiya Komitəsinin saytına istinadən xəbər verir ki, 3 qat dünya çempionu 24 yaşında qəflətən vəfat edib. Gənc paralimpiyaçının ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 2019-cu ildə 3 dəfə dünya çempionu olan idmançı 2015-ci ildə gümüş və bürünc medallara sahib olub. Onun aktivində həmçinin Avropa çempionatının 3 gümüş və 2 bürünc medalı var.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər