Gürcüstan çempionatında 15-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin şərəfini qoruduğu "Telavi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Tiflisin "Saburtalo” klubu ilə üz-üzə gəlib və 0:2 hesabıyla yenilib.
Vüqar 71-ci dəqiqədə meydana buraxılıb.
15 oyuna cəmi 8 xal yığan "Telavi” 10 iştirakçı arasında sonuncudur.
Fanat.Az