"Yuventus"da 2020/21 mövsümünün ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı Kriştianu Ronaldu mövsümün ən yaxşısı seçilib.
Ronaldu "Yuventus” formasıyla bu mövsüm bütün turnirlər daxil olmaqla 44 oyunda 36 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyalı hücumçu 29 qolla İtaliya A Seriyasının bombardiri olub.
"Yuventus” A Seriyasında mövsümü 4-cü sırada bitirib və Çempionlar Liqasına vəsiqə qazanıb.
Fanat.Az