Birinci Divizionda mövsümə yekun vuruldu

Birinci Divizionda mövsümə yekun vuruldu
Futbol üzrə Azərbaycan I divizionunda 2020/21 mövsümünə yekun vurulub.
Fanat.Az-ın məlumatına görə, sonuncu - XXVII turda çempionluğu təmin edən "Neftçi-2" gümüş mükafatçı "Zaqatala" ilə üz-üzə gəlib.
Qarşılaşma "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə bitib. Paytaxt təmsilçisi mövsümü 64 xalla başa vurub, "Zaqatala" isə 56 xalda qalıb.
Günün digər oyunlarında "Kəpəz" "Sabah-2"ni, "Qaradağ Lökbatan" isə "Qarabağ-2"ni 1:0 hesabı ilə üstələyib.
Ötən tur bürünc medalı təmin etmiş "Turan Tovuz" MOİK-i 3:1 hesabı ilə yenibsə, "Keşlə-2" - "Sumqayıt-2" oyununda qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, AFFA I divizion klubların heç birinə Premyer Liqaya lisenziya vermədiyindən bu mövsüm də güclülər dəstəsinə yüksələn olmayacaq.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi-2

27

20

4

3

64:17

27

2

Zaqatala

27

18

2

7

54:36

25

3

Turan T.

27

14

9

4

41:22

28

4

Sabah-2

27

14

3

10

47:37

23

5

Qarabağ-2

27

10

4

13

30:28

19

6

Keşlə-2

27

9

4

14

32:54

11

7

Qaradağ L.

27

8

5

14

29:41

9

8

Kəpəz

27

7

7

13

30:38

16

9

Sumqayıt-2

27

5

7

15

26:49

9

10

MOİK

27

5

5

17

30:63

6

Bombardirlər

Vidadi Cəfərov (Turan Tovuz) - 18. Bəruz Teymurov (Zaqatala) - 14. Fərid Kərimzadə (Sabah-2), Kamran Quliyev (Sabah-2) - 11.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər