Moldova çempionatında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi "Milsami” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda itkisiz irəliləyən lider "Şerif”lə üz-üzə gəlib. Quluzadənin komandası 0:1 hesabı ilə uduzub.
Amit sonadək ehtiyatda qalıb.
5 tura 5 xal yığan "Milsami” 10 kollektiv arasında 6-cıdı.
Fanat.Az