Millimizin üzvü Almaniyada qol vurdu

Millimizin üzvü Almaniyada qol vurdu

Almaniya II Bundesliqasında XVIII turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun komandası “Aue” “Haydenhaym”ı qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dmitri Nazarov 69-cu dəqiqədə Adlerin yerinə oyuna girib. Millimizin üzvü matçın sonunda komandasının qələbə qolunu vurub. Bu onun "Aue"nin heyətində vurduğu ilk qol olub.

Qeyd edək ki, bu qələbədən sonra aktivində 16 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər