17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, millimiz Avstriya yığması ilə üz-üzə gəlib.
İlk görüşdə İngiltərəyə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv, bu dəfə uduzub - 1:3.
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı son oyununu ev sahibi Rumıniyaya qarşı keçirəcək.
Avropa çempionatı
Seçmə mərhələ
6-cı qrup, 27 oktyabr
Azərbaycan - Avstriya 3:1
Qol: Aqanoviç, 8. Şmidt, 60. Unsç, 74 - Xəqani Sadıqov, 23
Hakimlər: Petur Raynert, Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti, Ketelin Qaman (Rumıniya).
UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya).
Hakim-inspektor: Cerard Perri (İrlandiya).
Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi.
Fanat.Az