San Marino yığmasının DÇ-2018-in seçmə mərhələsində millimizlə oyun üçün heyəti açıqlanıb.
Qol.az-ın bu ölkənin mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Pyerancelo Mancaroli 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: Cakomo Muraççini, Elia Benedettini, Aldo Simonçini, Mattia Mancaroli;
Müdafiəçilər: Marko Berardi, Alessandro Della Valle, Davide Çezarini, Kristian Brolli, Davide Simonçini, Covanni Bonini, Mirko Palatsi, Karlo Valentini, Fabio Vitayoli;
Yarımmüdafiəçilər: Petro Kalçolari, Lorenso Qasperoni, Luka Çeççaroli, Nikola Çiarutsi, Enriko Qolinuççi, Danilo Rinaldi, Luka Tosi;
Hücumçular: Matteo Vitayoli, Filippo Berardi, Xos Adolf Hirş, Mattia Stefanelli, Alessandro Byanki.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək San Marino - Azərbaycan oyunu saat 18:00-da başlayacaq.
Fanat.Az