Makedoniyanın Skopye şəhərində təşkil olunmuş UEFA-nın İnkişaf turnirində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.
Fanat.az xəbər verir ki, millimiz makedoniyalı həmyaşıdları ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən meydan sahibləri 4:2 (ümumi nəticə - 6:4) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığmamız növbəti oyununu iyunun 18-də, Bakı vaxtı ilə saat 13.00-da Xorvatiya komandasına qarşı keçirəcək.
Fanat.az