Almaniya Qərb Regional Liqasında mövsümün sonuncu - XXXVIII turunun oyunları keçirilib.
Fanat.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi "Fortuna"nın ikinci komandası doğma meydanda "Kray"la qarşılaşıb.
Doqquz qolun vurulduğu oyun Eratın komandasının qəlbəsi ilə başa çatıb - 6:3. Millimizin üzvü matçın 71-ci dəqiqəsində komandasının 5-ci qoluna imza atıb. Dörd dəqiqə sonra isə əvəzlənib.
Qeyd edək ki, “Fortuna” mövsümü 59 xalla 19 klub arasında 6-cı pillədə başa vurub.
Fanat.az