Mourinyonun istədiyi 18 yaşlı istedad

Mourinyonun istədiyi 18 yaşlı istedad
"Mançester Yunayted"in transfer etmək istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Joze Mourinyo ilə anlaşan İngiltərə klubu Renato Sançesi hədəfə alıb.
Yerli medianın məlumatına görə, bu futbolçunun transferini Mourinyo istəyib. "Mançester Yunayted" "Real", PSJ və "Mançester Siti"nin də hədəfində olduğu deyilən Renato üçün "Benfika"ya tezliklə təklif gördərəcək.
Qeyd edək ki, Renato Sançes "Benfika"nın yetirməsidi. Portuqaliyanın A millisinə də çağırılan 18 yaşlı yarımmüdafiəçi cari mövsümün əvvəlində yüksəldiyi klubun əsas heyətində 31 rəsmi oyunda 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər