Zaur Svanadzedən qələbə şərhi

Zaur Svanadzedən qələbə şərhi
Zaur Svanadze "Rəvan"la oyunla (3:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi bunları deyib:
"Oyun haqda onu demək istərdim ki, son 18-19 gündə 6-cı qarşılaşmanı keçiririk. Yaxşı ki, qalib gəldik. Zədə seriyası yenə başladı. Qara Qarayev, Salukvadze zədələndi. Lənkəranda daha yaxşı çıxış etməyə çalışacağıq. Qarşıda 10 günlük fasilə var. Komanda yorulub. Həmin vaxtda yaxşı istirahət etmək lazımdı".
- Rauf Əliyevin durumu nə yerdədi?
- O, fərdi məşqlərə başlayıb. Yəqin ki, bir müddət sonra bizimlə birgə olacaq. Mirhüseyn uzun müddətdən sonra sıraya qayıtdı, bu gün meydanda idi. Uşaqlar üçün çətindi. Laşa Salukvadzenin və Qara Qarayevin duruma tibbi müayinədən sonra aydınlıq gələcək. 
- Mətbuatda yayılan məlumata görə, klub rəhbərliyi "İnter"ə yeni məşqçi axtarışlarına start verib. Bu namizədlərdən biri də Kamal Quliyevdi. Məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Mən bunu başa düşmürəm. Rəhbərliklə bağlı məşqçi dəyişikliyi söhbəti olmayıb. Üçüncü pillədə gedirik. Nəticələrimiz pis deyil ki, rəhbərlik yeni məşqçi axtarsın. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər