FIFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan yığması mövqeyini qoruyub.
Komandamız ötən ay olduğu kimi 116-cı pillədə yer alıb. Hesabında 296 xal olan yığmamız son reytinq cədvəlinin açıqlandığı yanvarın 7-də sonra heç bir oyuna matça çıxmayıb.
Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San Marinonun yeri və xalı dəyişməz qalıb. Çexiya və Şimali İrlandiya isə Fil Dişi Sahilinin geriləməsi hesabına 1 pillə irəliləyib. Digər rəqiblərimizdən fərqli olaraq, xal hesabı da artan Norveç isə 4 addım irəliləyib.
4 (4). Almaniya - 1347
25 (26). Çexiya - 860
29 (30). Şimali İrlandiya - 825
50 (54). Norveç - 597
198 (198). San Marino - 28
İlk "onluq"da heç bir dəyişiklik olmayıb. Ötən ay olduğu kimi Belçika, Argentina, İspaniya, Almaniya, Çili, Braziliya, Portuqaliya, Kolumbiya, İngiltərə və Avstriya dünyanın ən güclü 10 komandası olub. Türkiyə yığması siyahıda 933 xalla 20-ci yerdə qərarlaşıb.
Fanat.az