Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ölkə xaricində təlim-məşq toplanışı keçəcək. Fanat.Az xəbər verir ki, komandamız sabah bu məqsədlə Gürcüstana yollanacaq.

 

U-16 millimiz sentyabrın 28-nə qədər Tiflis şəhərində hazırlıq keçəcək. Bu müddət ərzində futbolçularımız adıçəkilən ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək.

 

Məşqçilər korpusu Gürcüstana yollanacaq heyəti açıqlayıb: Vüsal Şabanov, Müşfiq Nadirov, Rüfət Əhmədov, Nemət Şıxəmirov, Samir Məhərrəmli, Rauf Məhərrəmov, Çingiz Məmmədov (hamısı “Qəbələ”), Hüseyin Ələsgərov, Abdulla Rzayev, Mirəli Əhmədov, Ramin Nəsirli, Serin Melih Mehmet Ali, Valeh Qəhramanlı (hamısı “Neftçi”), Samir Abdullayev, Ramin Məhərrəmov (hər ikisi “İnter”), Mikayıl Kərimli, Samir Qasımov (hər ikisi “Zirə”), Rəşad Kərimov (“Sumqayıt”), Emil Bayramov (SK BRV-VİK, Volodimir-Volinskiy, Ukrayna).

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər