Milli komandamızın sabiq üzvü Bəxtiyar Soltanovun yeni iş yeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, 28 yaşlı forvard karyerasını I divizionda davam etdirəcək.
Belə ki, Bəxtiyar aşağı liqanın debütantı "Binə" ilə anlaşıb. Klub artıq onunla müqavilə imzalayıb.
Qeyd edək ki, Soltanov karyerası ərzində "Bakı", "Qarabağ", "Kəpəz", "Simurq", "Rəvan", "Araz Naxçıvan", "Qəbələ", "Şuşa" və AZAL-da çıxış edib, milli komandamızda 4 oyun keçirərək 1 qol vurub.
Fanat.Az