FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.Az xəbər verir ki, siyahıda ciddi dəyişiklik olmayıb.
Buna səbəb hesabat dövründə yığma səviyyəli matçların yox dərəcəsində olmasıdı. Son 28 gün ərzində heç bir matça çıxmayacaq Azərbaycan millisi 386 xala malikdi. Robert Prosineçkinin yetirmələri 87-ci pillədə qalıb.
Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində heç bir dəyişiklik qeydə alınmayıb. Almaniya 3-cü (1464 xal), Şimali İrlandiya 26-cı (823), Çexiya 42-ci (679), Norveç 81-ci (387), San-Marino 204-cü (12) pilləni tutur.
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Ümumiyyətlə, “50-lik”də yalnız bir yerdəyişmə olub. İlk "onluq"da ardıcıl olaraq Braziliya (1672), Argentina (1603), Almaniya (1464), Çili (1411), Kolumbiya (1348), Fransa (1294), Belçika (1281), Portuqaliya (1259), İsveçrə (1212), İspaniya (1204) qərarlaşıb.
Türkiyə yığması 22-ci yerdə qalıb. “Ay-ulduzlular”ın hesabındakı 863 xal dəyişməyib.
Fanat.Az