Türkiyə çempionatında 19 qolun vurulduğu oyun baş tutub. Fanat.az хəbər verir ki, həvəskarlar liqasında "Kösealispor"la "Çepniderespor" arasında baş tutan matçda 19 qol vurulub.
Ötən gün baş tutan oyunda "Kösealispor" rəqibinə 19:0 hesabı ilə yenib. Komandanın heyətində Ahmet Eren və İsa Öztürk 5, Timurhan Saraç, Mahmut Elbey və Ülkü Solak 2, Kemal Bala, Halil Ünlü və Ali Akkurt bir dəfə fərqlənib.
Maraqlıdı ki, "Çepniderespor"un futbolçularından biri 74-cü dəqiqədə zədələnib. Oyun dəyişliyi haqqı olmadığlndan komanda 10 nəfərlə qalıb. Bu zaman "Kösealispor"un baş məşqçisi Abdullah Türkkan Timurhan Saraçı oyundan çıхararaq meydandakı futbolçu sayını bərabərləşdirib. Baş məşqçi oyundan sonra bu addımı belə izah edib: "Futbolçumu centlimenlik olaraq meydandan çıхardım. Çünki rəqibimizin oyunçu dəyişdirmək hüququ yoх idi".
Qeyd edək ki, "Çepniderespor" ilk iki turda 1:8 və 1:10 hesabı ilə yenilmişdi.
Fanat.az