19 yaşlı istedad "Bayern"ə "yox" dedi - Bu kluba keçməyə yaxındır

19 yaşlı istedad "Bayern"ə "yox" dedi - Bu kluba keçməyə yaxındır

"Renn"in 19 yaşlı futbolçusu Dezire Due "Bayern Münhen"in təklifini geri çevirib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Florian Plettenberq yayıb.

Mənbə "Bayern"lə "Renn"in apardığı danışıqların dayandırıldığını, hazırda PSJ-nin Dueni rənglərinə bağlamağa daha yaxın olduğunu vurğulayıb.

Daha öncə Dezirenin klubunun onun satışından 60 milyon avro qazanmaq istədiyi barədə məlumatlar dərc edilib.

Qeyd edək ki, Duenin "Renn" ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Ötən mövsüm bütün turnirlərdə 43 matça çıxan gənc oyunçu 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər