16 yaşlı idmançı özünü asdı - ŞOK

16 yaşlı idmançı özünü asdı - ŞOK

16 yaşlı hindistanlı üzgüçü Sayra Sixora intihar edib. Fanat.az xəbər verir ki, Sayra özünü yaşadığı evdə asıb. Onun buraxılış imtahanlarını verə bilməmək qorxusundan bu addımı atdığı deyilir.

 

Sayranın məşqçisi Radci Çaudxari Hindistanın təhsil sisteminin çox ağır olduğunu bildirib. O, imtahanlara görə Sayranın məşqlərdən də imtina etdiyini qeyd edib: “O, mənə dedi ki, bir ay məşqlərə gəlməyəcək. Çünki imtahanları verə bilməməkdən qorxurdu. Sayra imtahanların ağırlığına dözə bilməyərək, özünü öldürən yeniyetmələrdən biridir”.

 

Sayra Hindistanın perspektivli üzgüçülərindən sayılırdı. Onun Olimpiadada Hindistanı təmsil edəcəyi gözlənilirdi.(Publika.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər