16 yaşı var, 2.31 metr boyu - FOTOLAR

16 yaşı var, 2.31 metr boyu - FOTOLAR

Gənc rumın basketbolçu uzun boyu ilə bütün dünyanın diqqətini çəkir. Orta hesabla 16 yaşlı hər bir insanın 1.65 metr boyu olmalıdısa, eyni yaşda olan Robert Bobroçkinin boyu artıq 2.31 metr boyu var.

Statistikaya görə o hazırda Avropanın ən uzun boylu insanıdı. Ancaq bu nəzarətsiz boy artımı onu bir çox problemlərlə üz-üzə qoyur. Bu səbəbdən ciddi proqramla bəslənir. Gündə 7 dəfə yemək yeyir.

"Slam web" saytına danışan basketbolçu 84 kq çəkisinin olduğunu bildirib. Onu 2 il əvvəl italyanlar kəşf edib. Romada Andre Barqnani kimi ulduzu yetişdirən Stella Azzurra Basketbol Məktəbi rumın gənclə 2014-cü ildə müqavilə imzalayıb. Həmin vaxt onun çəkisi 68 kq, boyu 2.14 metr olub.

İtaliyaya transfer olmazdan əvvəl şansını İspaniyada sınayıb. Amma "Barselona", "Real" və "Sevilya"dakı sınaqlardan keçə bilməyib.

Bobroçkinin atası Ziqmond da veteran basketbolçudu və 2.17 metr boyu var.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər