12 klubdan Levandovskiyə təklif

12 klubdan Levandovskiyə təklif
"Bavariya" ilə müqavilə bağlayan Robert Levandovski ilə bağlı maraqlı xəbər yayılıb. Fanat.az xəbər verir ki, Almaniya mətbuatı polşalı ulduzun ötən il aldığı təkliflərin sayını açıqlayıb.
Məlum olub ki, yayda "Borussiya" ilə müqaviləsini bitirib "Bavariya"ya keçəcək Levaya düz 12 transfer təklifi gəlib. Münhen klubunun ən böyük rəqibi isə "Real" olub. "Kral Klubu" polşalı futbolçuya illik 7 milyon avro maaş qarşılığında 6 illik anlaşma və müqavilə haqqı olaraq 10 milyon avro təklif edib. Lakin o, daha az pul qarşılığında "Bavariya"da oynamağa üstünlük verib.
Levandovskiyə "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "İnter", "Roma", "Yuventus", hətta "Zenit" və "Şaxytor" da təklif göndərib. "Bavariya", "Real" və bu 9 klubdan başqa 12-ci təklif onun doğma komandası "Borussiya"dan olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər