109 oyunluq seriya qırıldı

109 oyunluq seriya qırıldı

Son 11 mövsümdə Xorvatiya çempionu olan "Dinamo"nun möhtəşəm seriyası qırılıb. Fanat.Az xəbər verir ki, Zaqreb klubu 109 oyundan sonra məğlubiyyət acısı yaşayıb.

Belə ki, komanda çempionatda keçirdiyi son 109 ev oyununda məğlub olmamışdı. Onlar bu müddətdə 96 qələbə qazanıb və 13 heç-heçə edib. 

109 oyunluq seriyanı ötən gün "Osiek" qırıb. Qonaq komanda səfər matçında 1:0 hesablı qələbəyə sevinib. 

"Dinamo" sonunca dəfə 2010-cu ildə evdə "Rieka"ya uduzmuşdu. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər