1/4 finalçılar müəyyənləşdi

1/4 finalçılar müəyyənləşdi

Bu gün keçirilən 4 oyunla futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, “Araz-Naxçıvan”ın asan qələbə qazanıb.

“Dalğa” isə Yüksək Liqa iştirakçısına müqavimət göstərməyə çalışıb. Ən gərgin oyun “Dəstə Ordubad” – U-19 arasında baş tutub. Birinci Liqa komandası 2 dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib.“Baku Fire-2” də növbəti mərhələyə yüksələnlər sırasında yer alıb.

Araz-Naxçıvan – Record 23:0 Baku Fire – Dalğa 6:0 Dəstə Ordubad – U-19  2:4 Xan-Lənkəran – Baku Fire-2 3:9

Martın 28-də keçiriləcək 1/4 final mərhələsində cütlüklər bu şəkildə olacaq.

Baku Fire – U-19 Araz-Naxçıvan – Baku Fire-2 PFL – Bakı Neftçi İK– Yasamal Bakı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər