Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşdi

Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşdi

Zlatan İbrahimoviçin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, isveçli ulduzun karyerasını "Mançester Yunayted"də davam etdirəcəyi dəqiqləşib.

İddialara görə, tərəflər bütün məsələləri razılaşdırıb. İbranın meneceri Mino Raiola ilə "Mançester Yunayted"in vitse-prezidenti Ed Vudvard arasında ötən həftələrdə başlayan görüşər xoşbəxt sonluqla bitib. Məlumata gbpə, Zlatan "AVRO-2016"dan sonra tibbi müayinədən keçərək rəsmi müqaviləni imzalayacaq.

Qeyd edək ki, karyerasına İsveçin "Malmö" klubunda başlayan İbrahimoviç indiyədək Hollandiyada "Ayaks"ın, İtaliyada "Yuventus", "İnter" və "Milan"ın, İspaniyada "Barselona"nın, Fransada isə PSJ-nin formasını geyinib. 34 yaşlı futbolçu Hollandiya, İspaniya, İtaliya və Fransa çempionluqlarını yaşayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər