"Real"ın prezidenti Florentino Peres baş məşqçi Zinəddin Zidanın işindən məmnundu.
Fanat.Az jurnalist Eduardo İndaya istinadən xəbər verir ki, Peres Zidana müddətsiz müqavilə təkli etməyə və onun səlahiyyətlərini artırmağa hazırdı. 73 yaşlı funksionerə görə, fransız mütəxəssis "Real"ın Aleks Ferqyusonu ola bilər. Ser 26 il "Mançester Yunayted"i çalışdırıb.
Madrid klubu Zidanın rəhbərliyi altında 17 mümkün tituldan 11-ni qazanıb. Onun müqaviləsi 2022-ci ildə başa çatacaq.
Fanat.Az